BURADA REKLAMINIZ OLA
BİLƏR

Pezident uşaqlarla bağlı mühüm qanunu təsdiq etdi

Prezident İlham Əliyev Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. 

Pravda.az xəbər verir ki, sözügedən Məcəllənin bir sıra maddələrinə təklif edilən dəyişikliklər qəbul edilib. 

Məcəllənin 117.6-1-ci maddəsində “qohumu” sözündən sonra  “bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları” sözləri, “övladlığa verilməsinə” sözlərindən sonra “onlar uçota alındıqları gündən” sözləri əlavə edilib. Həmçinin bir sıra maddələrdə yaxın qohumlar sözü qohumları sözləri ilə əvəz edilib. 

Valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsinə razılıq adlı maddənin 124.2-ci bəndində  “yazılı razılığı lazımdır” sözləri “həmin uşaqlarla bağlı fikri öyrənilir” sözləri ilə əvəz edilib.

Tarix: 9 Aprel 2021, 19:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin