BURADA REKLAMINIZ OLA
BİLƏR

Səidə Sultan: “Yaxşı etmişəm, söyüş söymüşəm, sizin qanınızı içərəm”

Müğənni Səidə Sultan onu polisə verən həmkarı Amina Şirini təhdid edib.

 

Pravda.az xəbər verir ki, Səidə Sultan İnstaqram hesabında bu sözləri yazıb: "Yenə deyirəm, yaxşı etmişəm, söyüş söymüşəm. Qarşıma çıxsan, üzünə söyəcəm. Məni şantaj edirsən?! Cinayət işi açdıracam. Mənim üçün ailə qədri bilən olublar. Gör kimlər ailədən danışır... Ət tökən, get işinlə məşğul ol".

 

Müğənni xalq artisti Röya Ayxana da söz atıb: "Tayılı tayını tapar, elə ikiniz də eyni yaşayış tərzinin adamlarısız. Sizin qanınızı içərəm!"

 

Qeyd edək ki, Amina Şirin Səidə Sultandan polisə şikayət edib. Bunua səbəb Səidə Sultanın müğənninin ünvanına söyüş söyməsi olub.

Tarix: 9 Aprel 2021, 21:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin