BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistan minalanmış ərazilərin xəritələrini təqdim etməməklə səssiz müharibəni davam etdirir”

Postmüharibə dövründə minalanmış sahələrin xəritəsinin qarşı tərəfə təqdim edilməməsi hərb qanunlarına ziddir. Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının minalanmış ərazilərinin xəritəsini təhvil verməməklə növbəti dəfə hərbi cinayət törədir.



Mövzunu Pravda.az-a şərh edən politoloq Cümşüd Nuriyev deyir ki, bu gün Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməsinin səbəbkarı Rusiyadır.

 

 

Onun sözlərinə görə, Rusiya bunu bir növ Azərbaycana təzyiq vasitəsi kimi əlində saxlayır: “Necə olur ki, Rusiyanın sülhməramlı kontingentinin Qarabağda olmasından artıq 5 ay keçməsinə baxmayaraq, mətbuatda hansısa rus sülhməramlısının və ya erməninin minaya düşməsi faktı ilə rastlaşmamışıq. Tutax ki, Xankəndidə mina yoxdur, bəs Ağdərə? Ermənilər axı Ağdərəni də minalayıblar… Yəni sözüm odur ki, onlarda minalanmış ərazilərin xəritəsi mütləq var. Sadəcə ola bilər ki, onlara əraziləri tərk etmək üçün verilən 10-20 günlük müddətdə basdırdıqları minaların xəritəsi yoxdur, necə gəldi basdırıblar…”.

 

Politoluqun fikrincə, Rusiya lazım gələndə bu xəritəni Azərbaycana təqdim etməklə Ermənistana da təzyiq göstərə bilər: “Qarşıdakı seçkilərdə Paşinyan qələbə qazanarsa, həmin xəritələrin üzə çıxma ehtimalı çox yüksəkdir. Hələlik isə bu, Rusiyaya sərf etmir. Çünki beynəlxalq hüquqa görə, minalanmış ərazilərin xəritəsini müharibə başa çatdıqdan sonra təqdim etməmək hərbi cinayət sayılır. Artıq bizim vətəndaşlarımızdan minalara düşərək ölənlər və yaralananlar olub. Yəni Ermənistan xəritəni verməməklə səssiz müharibəyə davam edir. Bu isə Azərbaycan üçün olduqca çətindir. Təsəvvür edin, 30 il ərzində hər yeri minalayıblar”.

 

C.Nuriyev bu məsələ ilə bağlı əsas problemlərdən danışarkən bildirib ki, Rusiya  sülhməramlı kontingenti erməni terrorçularının hər gecə ərazilərə girərək torpaqları minalamalarının qarşısını almırlar.

 

Politoloq həmçinin əlavə edib ki, ANAMA-nın minalardan təmizlədiyi ərazilərdə işçilərin və ya mülki şəxslərin minaya düşməsi faktları var: “Peşəkar adamlar həmin əraziləri təmizləyir, amma gecələr gəlib yenə istədikləri kimi minalayırlar. Həmin kontingent orada öz missiyaları ilə yox, daha çox hərbi baza yaratmaqla məşğuldurlar. Nəticədə, rus sülhməramlıları BMT-nin Nizamnaməsinin 6-cı və 7-ci sətirlərini pozurlar. Onsuz da bütün bunlar yalnız üçtərəfli bəyanatla tənzimlənir, yəni hüquqi sənəd hesab edilmir. Bu, yalnız gələcəkdə hüquqi sənədin imzalanması üçün əldə olunan razılaşmadır və tərəflərdən hər-hansısa hüquqi məsuliyyət tələb etmir. Doğrudur, mediada Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi ilə xəbərlər tez-tez paylaşılır, amma bu hüquqi sənədlər təsbit edilməlidir, yəni bu ərazilərlə bağlı yeni bir sənəd imzalanmalıdır. Rusiya burada üçüncü ölkə statusunda olaraq barışdırıcı rol oynamalıdır, onların bu münaqişədə iştirak etmək ixtiyarı yoxdur. Əgər belə bir sənəd imzalanarsa, Rusiya və Türkiyə jüri qismində iştirak edə bilər. Bildiyiniz kimi, Rusiyanın xüsusi bir xristian sevgisi var və bu məsələni də dini müstəviyə keçirirlər. Belə olan halda, Ermənistanı siyasidən daha çox, dini müstəvidə dəstəkləyirlər. Elə düz 200 ildir ki, onların əli ilə Qafqaz siyasətini yürüdürlər. Qısacası, mütləq bu məsələ ilə bağlı sənəd qəbul edilərək BMT və Avropa Şurasına təqdim edilməlidir”.

 

Nəzrin Cavid

Tarix: 10 Aprel 2021, 11:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin