BURADA REKLAMINIZ OLA
BİLƏR

Vilayət Eyvazov Siyavuş Şükürovu qovdu

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovnik-leytenantını xidmətdən qovub.

 

Pravda.az-ın xəbərinə görə, nazirin əmri ilə Gəncə şəhər Nizami Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Şükürov Siyavuş Bəylər oğlu orqandan xaric edilib.

 

S.Şükürovun xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edildiyi bildirilir.

 

Hüquq-mühafizə orqanlarından məlumatı “Qafqazinfo”ya təsdiqləyiblər.

Tarix: 10 Aprel 2021, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin