BURADA REKLAMINIZ OLA
BİLƏR

“Siyasətdən danışan qoyunlar, əxlaqdan danışan pozğunlar...”

Mənim utopiyam

 

“Reallıqla illüziya arasında nazik "xətt" var. Hansı ki, bəzən o "xətt"i ya görmürük, ya da görməzdən gəlirik. O xətt həmişə mövcud olub. Amma bəzən o "xətt"i görmədiyimiz üçün nələrsə yolunda getməyib. Çox uzatmayacam. Yazının adı çox şeyi deyir. Mənim bir məkanım var. Bəli, bəli, məkanım, utopiyam var. Ruhi, mənəvi məkan. Hansı ki, orada dərdlərimi unuduram. Hansı ki, orda rahatlıq tapıram. Orada insanlar yoxdur, orada mən varam. Orada reallıq yoxdur, orada xəyal var. Orada yalan yoxdur, orada həqiqət var. Yalan bəzən mövcud olur, amma "nəyinsə" naminə... Orada heç nə müvəqqəti deyil. Zaman anlayışı yoxdur.. Ani bir titrəyiş hər şeyi məhv edə bilər. Bütün xəyallarını, arzularını. Yenə xarabalığına qayıdırsan.

 

Bura Utopiya deyil. Həmin utopiyanın reallığa yansıyan xarabalığıdır. Xarabalıqlar Utopiyası.

Və istədiklərimi xarabalıqlar utopiyasından gətirə, və ya istədiklərimi ora apara bilərəm. Onlar mənə xəyal qurmaq üçün lazımdır. Onlar sadəcə alətdir. Onlar xarabalıqdan gəlmiş qonaqlardır. Bəli, mən yer üzünü belə adlandırıram. Bu nə qədər ağır səslənsə də, mənim üçün doğma addır. Axı mən də xarabalıq sakiniyəm. O xarabalıq ki, zəngin birisinin taxdığı saatın puluna min ailəni doydurmaq olardı. O xarabalığın ki, bir ölkənin atdığı bir bomba ilə yüzlərlə ana gözü yaşlı qalır. O xarabalığın ki, bir ailə uşaqlara həsrətlə baxdığı halda o birisi öz övladını qış gecəsində küçəyə atır. O xarabalığın ki, Allahın dinini belə bölürlər, mənsəblərə ayırırlar. Ailə dağıdan qeybətlər, siyasətdən danışan qoyunlar, əxlaqdan danışan pozğunlar, “ponyatka”dan danışan “eşşək”lər, pula gələndə yoxsullaşan varlılar, hər şeyə inanan axmaqlar, yaltaqlıqdan hamarlaşan sabunlar, sevgidən dəm vuran vicdansızlar və s…  Bu siyahını uzada bilərəm.Bütün bunlar xarabalığın tərkibidir. Reallığın “xarabalıq” olduğunu anlayaraq “Utopiyamı” yaratdım. Yenə danışmaq istərdim, amma əsəblərim tab gətirmir qayıdıram Utopiyama…

 

Kamran Əsədov

 

Təhsil eksperti

Tarix: 11 Aprel 2021, 13:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin