BURADA REKLAMINIZ OLA
BİLƏR

“Krım platforması” Kremlin qıcığına səbəb olub

“Ukrayna prezidenti Vladimir Zelenskinin təşəbbüsü ilə avqustun 23-də Kiyevdə “Krım platforması” adlı beynəlxalq konfrans keçiriləcək. Aydındır ki, bir konfransla Krım problemini həll etmək mümkün deyil. Ancaq Kiyev istəmir ki, beynəlxalq aləm Krımı unutsun və konfrans vasitəsilə diqqəti yarımadaya cəlb etməyə çalışır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

E.Şahinoğlu qeyd edib ki, Vladimir Zelenski Türkiyəyə səfəri zamanı Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanı da adı çəkilən konfransa dəvət edib: “Ərdoğan dəvəti qəbul etdi. O da aydındır ki, “Krım platforması” Kremlin qıcığına səbəb olub. Kremlin mimimum və maksimum hədəfi var. Minimum hədəfi budur ki, böyük dövlətlər Krımı unutsunlar. Maksimum hədəfi isə budur ki, yaxşı halda Rusiyaya tərəfdaş ölkələrdən bir neçəsi Krımı Rusiyanın ərazisi kimi tanısın. Kiyevin məqsədi isə Kremlin mimimum və maksimum hədəflərinə çatmağa mane olmaqdır. Krımı beynəlxalq hüquq normalarına uyğun Ukrayna ərazisi tanıyan, ancaq Kremli qıcıqlandırmamaq üçün Kiyevdəki tədbirə qatılmayanlar da olacaq”.

Tarix: 11 Aprel 2021, 14:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin