BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yüksək vəzifəliləri təhlil etsəniz, görərsiniz ki, əksəriyyəti qohum-əqrəbadır”

“Gəncənin icra başçısı Niyazi Bayramovun Gənclər və İdman naziri Azad Rəhimovun qudası olmasını vurğulamağıma cürbəcür don geyindirənlər oldu. Bu halı xüsusi vurğulamağımın bircə izahı var. Bu gün yüksək vəzifəliləri təhlil etsəniz, görərsiniz ki, əksəriyyəti qohum-əqrəbadır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov bildirib ki, məmurların sırasında qudalar xüsusi yer tutur: “Məhz buna görə dəfələrlə yazmışam ki, Azərbaycanda bir JEK müdirini vəzifədən çıxaranda ölkənin yarısı silkələnir. Hakimiyyət həm də özü üçün təhlükəli olan bu ziyanlı ənənədən imtina etməlidir”.

Tarix: 11 Aprel 2021, 19:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin