BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə çox şərəfli yol keçib və nəticədə tarix yazıb"

"Hər şey göz önündədir, ötən 3 il ərzində Azərbaycan dövləti çox şərəfli yol keçib və nəticədə tarix yazıb".

 

Bunu Pravda.az-a açıqlaması zamanı sabiq təhsil naziri Misir Mərdanov deyib.

 

M.Mərdənov bildirib ki, Prezident İlham Əliyevin üç illik fəaliyyəti olduqca yüksək səviyyədədir: "Elə təkcə 44 günlük Vətən müharibəsini önə çəkmək yetərlidir ki, cənab İlham Əliyevin siyasi iradəsinin necə möhkəm olduğunu görə bilək. Ataların bir misalı var: Görünən dağa nə bələdçi?! Yəni hər şey göz önündədir, 3 il ərzində Azərbaycan dövləti çox şərəfli yol keçib və nəticədə tarix yazıb. Təbii ki, bu da birbaşa Ali Baş Komandanımız İlham Əliyevin sayəsində, onun rəhbərliyi ilə gerçəkləşib. Həmçinin ölkədə baş verən kadr və struktur islahatlarını da yaxından izləyirik. Prezident və tərəfdaşları çalışırlar ki, ölkədə kadr islahatları ilə bağlı çox ciddi işlər görsünlər. Daha gənc, xarici ölkələrdə təhsil almış və müəyyən təcrübəyə sahib insanları vəzifəyə gətirməklə ölkəmizi, belə demək mümkünsə, yeniləyirlər. Odur ki, ötən 3 ildə ölkəmizin daha da inkişaf etdiyinə qətiyyən şübhə etmək olmaz. Prezidentimizə uğurlar arzu edirəm və ümid edirəm ki, gələcək illərdəki fəaliyyəti daha da yüksək səviyyədə olsun və hər daim millətimizi, xalqımızı gözəl nəticələrlə sevindirsin".

 

Nəzrin Cavid

Tarix: 12 Aprel 2021, 14:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin