BURADA REKLAMINIZ OLA
BİLƏR

Xoşqədəm Nərmindən yazdı: “Ah mənim Nərminim, səni düşündükcə ürəyim qan ağlayır”

"Xəzər” televiziyasının aparıcısı Xoşqədəm Hidayətqızı 10 yaşlı Nərmindən yazıb.

 

Pravda.az-ın xəbərinə görə, aparıcı Nərmini unuda bilmədiyini bildirib.

 

"Ah mənim Nərminim. Gözəl balam, səni düşündükcə ürəyim qan ağlayır. Mənim mələyim, unutmağa çalışıram, amma bacarmıram".

 

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

 

O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Tarix: 16 Yanvar 2020, 10:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin