BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı “qanuni oğru” qətlə yetirildi - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan “Albert Rıjiy” ləqəbli kriminal avtoritet Əli Heydərov öldürülüb. 

Pravda.az xəbər verir ki, Ə.Heydərov idman zalında qətlə yetirilib. Hadisə bu gün günorta saatlarında baş verib. Qətl zamanı yaxınlıqda kriminal avtoritetin mühafizəçisi olub. Hazırda hadisə yerində polis əməkdaşları araşdırmalara başlayıb.

Qeyd edək ki, “Albert Rıjıy” kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. “Albert Rıjıy” ləqəbi ilə məşhurlaşan Ə.Heydərov “qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən  alıb. O, vaxtı ilə “Ded Xasan” klanında yer alıb.

 

 
 
 


Tarix: 12 Aprel 2021, 18:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin