BURADA REKLAMINIZ OLA
BİLƏR

MTRŞ: İTV-nin seçkilərlə bağlı reklamının saniyəsinin 65 manat olması normaldır

Bir saat ərzində 12 dəqiqə reklam verilməlidir. Seçki təşviqatı zamanı da buna əməl edilməlidir.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının sədri (MTRŞ) Nuşirəvan Məhərrəmli deyib.

 

Onun sözlərinə görə, bəzən telekanallar 1 saatda 12 dəqiqəlik reklam vaxtı məhdudiyyətini unudur, hesab edir ki, siyasi təşviqatla bağlı məsələyə 12 dəqiqə vaxt daxil deyil: “Bu vaxt çərçivəsi siyasi reklamlara da aiddir”.

 

N. Məhərrəmli qeyd edib ki, İctimai Televiziyada reklamın 1 saniyəsi üçün minimum 22 manat, maksimum 65 manat müəyyənləşib: “Bu, normal qiymətdir və namizədlər də bunu nəzərə almalıdır. İctimai Televiziyada vaxtın bölüşdürülməsi, püşkatma şəffaf keçirilir”.

Tarix: 16 Yanvar 2020, 11:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin