Sumqayıt Dövlət Universiteti (SDU) təhsil müəssəsinə məxsus stadionun ortasından piyadalar üçün yolun salınmasına münasibət bildirib.
SDU-nun Mətbuat katibi Nazxanım Cəlilli universitetdə 15 ildən əvvəl idman dərslərinin tədris planında yer aldığını söyləyib.
Onun sözlərinə görə, sonradan idman dərsləri ləğv edilib: "Bizdə o stadion yoxdur. 15 il əvvəl idman dərsləri var idi, hazırda yoxdur. Ondan sonra ikinci tədris binasına gediş-gəlişin asanlaşması üçün orada güllər əkilib və yol salınıb. Uşaqlar üçün idman, əyləncə və istirahət güşələri yaradılıb. Bu stadion keçmişdə olub. İndi elə şey yoxdur. Orada güllər əkilib və ikinci binaya getmək üçün yol çəkilib. Hazırda universitetimizdə idman dərsləri keçirilmir. Orada stadion yoxdur. Artıq neçə ildir ki, ikinci tədris binasına gediş-gəlişin asanlaşması üçün və tələbələr nəzərə alınaraq yol çəkilib".
N.Cəlilli SDU-da tələbələr üçün stadionun olduğunu da vurğulayıb: "Birinci tədris binasının arxasında yeni stadionumuz var. Tədris planı olmadığı üçün köhnə stadion belə istifadə olunub. Orada güllər əkilib və açıq səma altında muzey yaradılıb. Tələbələr üçün nə lazımdırsa, etmişik. Orada mini-futbol meydançası yaradılıb. SDU-nun idman zalında hər cür şəraiti var".
Universitet rəsmi bu yolun neçə illərdir istifadə edildiyini xatırladıb: "Universitetdə tələbələr üçün süni örtüklü futbol meydançası yaradılıb. Bu isə köhnədən qalıb və heç sənədi olmayan şeydir. Həmin yerlər yaman gündə idi, ot basmışdı. Orada heç nə yox idi. Uzun müddətdən sonra təzə düzəlib. Universitetin həyətində təmir işləri görülüb. Orada açıq səma altında muzey düzəldilib, güllər əkilib və tələbələrin işlərinin asanlaşdırılması üçün yol çəkilib".
N.Cəlilli fotoları sosial şəbəkələrdə paylaşanlara da müraciət edib: "Yeni stadionumuzu niyə çəkmirlər? Badminton, şahmat və qılıncoynatma üçün SDU-da şərait var. Bizdə tələbələr üçün şərait yaradılıb. Köhnə şeyi paylaşmaq gülüncdür".
Mətbuat katibi stadionun ortasından yol çəkmək üçün heç kimdən icazə almadıqlarını bildirib: "Bu, universitetin daxili ərazisidir. Tələbələr burada universitetin qırağı ilə palçıqlı yollarla gedirdilər. Sumqayıtda yollar indilərdə düzəlib. 5-6 il bundan əvvəl yolların nə vəziyyətdə olduğu hamıya bəllidir. Tələbələr və müəllimlər ikinci korpusa getmək üçün uzun yol qət edirdilər".
Universitet rəsmisi stadionu əvvəlki vəziyyətə qaytarmağı düşünmədiklərini söyləyib: "Bizim öz daxili stadionumuz var. Mini və böyük stadionlarımızdan tələbələr yararlanır. Orada müxtəlif yarışlar keçirilir. Yeni stadionumuz da böyükdür və tələbələrin istifadəsi üçün yararlıdır".
Cəlilli köhnə stadionun sənədinin belə olmadığını sözlərinə əlavə edib: "Həmin ərazı təmizlənməmişdən əvvəl lap pis gündə idi. Bu, SDU-nun daxili qərarıdır və tələbələr üçün digər yararlı stadion düzəlib. İki dənə dəmiri qoymaqla stadion olmur".
Report
25 Aprel 18:36
25 Aprel 18:35
25 Aprel 18:32
25 Aprel 18:31
25 Aprel 18:29
25 Aprel 18:27
25 Aprel 18:26
25 Aprel 18:25
25 Aprel 18:24
25 Aprel 18:22
25 Aprel 18:20
25 Aprel 18:11
25 Aprel 18:09
25 Aprel 18:07
25 Aprel 18:05
25 Aprel 17:59
25 Aprel 17:57
25 Aprel 17:55
25 Aprel 17:53
25 Aprel 17:33
25 Aprel 17:30
25 Aprel 17:12
25 Aprel 17:08
25 Aprel 16:48
25 Aprel 16:28
25 Aprel 16:27
25 Aprel 16:17
25 Aprel 16:11
25 Aprel 16:09
25 Aprel 16:03
25 Aprel 15:57
25 Aprel 15:55
25 Aprel 15:50
25 Aprel 15:34
25 Aprel 15:07
25 Aprel 15:04
25 Aprel 14:51
25 Aprel 14:43
25 Aprel 14:36
25 Aprel 14:28
25 Aprel 14:25
25 Aprel 14:16
25 Aprel 14:14
25 Aprel 14:12
25 Aprel 14:00
25 Aprel 13:57
25 Aprel 13:56
25 Aprel 13:51
25 Aprel 13:50
25 Aprel 13:45
25 Aprel 13:43
25 Aprel 13:41
25 Aprel 13:39
25 Aprel 13:36
25 Aprel 13:32
25 Aprel 13:22
25 Aprel 13:16
25 Aprel 13:10
25 Aprel 12:37
25 Aprel 12:36
25 Aprel 12:26
25 Aprel 12:14
25 Aprel 12:11
25 Aprel 12:08
25 Aprel 12:06
25 Aprel 12:05
25 Aprel 11:58
25 Aprel 11:50
25 Aprel 11:22
25 Aprel 11:19
25 Aprel 11:10
25 Aprel 11:00
25 Aprel 10:57
25 Aprel 10:54
25 Aprel 10:51
25 Aprel 10:46
25 Aprel 10:36
25 Aprel 10:33
25 Aprel 10:24
25 Aprel 10:19
25 Aprel 10:18
25 Aprel 10:12
25 Aprel 10:05
25 Aprel 09:55
25 Aprel 09:50
25 Aprel 09:43
25 Aprel 09:36
25 Aprel 09:34
25 Aprel 09:23
25 Aprel 09:16
25 Aprel 09:12
25 Aprel 08:55
25 Aprel 08:52
25 Aprel 08:52
25 Aprel 08:48
25 Aprel 08:44
25 Aprel 08:39
25 Aprel 08:37
25 Aprel 08:32
25 Aprel 08:29
25 Aprel 08:19
25 Aprel 08:17
25 Aprel 08:14
25 Aprel 08:11
25 Aprel 08:08
25 Aprel 08:04
25 Aprel 08:01
25 Aprel 05:51
25 Aprel 05:49
25 Aprel 05:45
25 Aprel 05:44
24 Aprel 21:30
24 Aprel 21:27
24 Aprel 21:04
24 Aprel 20:40
24 Aprel 20:04
24 Aprel 20:01
24 Aprel 19:59
24 Aprel 19:56
24 Aprel 19:54
24 Aprel 19:21
24 Aprel 19:19
24 Aprel 18:49
24 Aprel 18:46
24 Aprel 18:45
24 Aprel 18:43
24 Aprel 18:41
24 Aprel 18:39
24 Aprel 18:33
24 Aprel 18:31
24 Aprel 18:29
24 Aprel 18:26
24 Aprel 17:44
24 Aprel 17:32
24 Aprel 17:10
24 Aprel 16:49
24 Aprel 16:44
24 Aprel 16:41
24 Aprel 16:39
24 Aprel 16:32
24 Aprel 16:27
24 Aprel 16:18
24 Aprel 16:04
24 Aprel 15:44
24 Aprel 15:38
24 Aprel 14:59
24 Aprel 14:57
24 Aprel 14:56
24 Aprel 14:55
24 Aprel 14:54
Ən son xəbərləri səhifəmizdən də izləyin