BURADA REKLAMINIZ OLA
BİLƏR

“Beyin axını”nın qarşısını almaq üçün nə etməli?

 

"Bu gün dünyada çox müşahidə edilən hallardan biri də “beyin axını”dır. Hər bir ölkənin inkişafında ideyalara sahib, “beyinlə işləyən” insanların rolu çox böyükdür. Bu insanlar üçün motivasiya nədir? Nə etmək lazımdır ki, onlar işlədiyi yeri, yaşadığı ölkəni tərk etməsinlər? Çoxları düşünür ki, onları da yüksək maaş, pul ilə motivasiya etmək olur. Amma aparılmış təhlillər bunun əksini göstərir".

 

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

 

Millət vəkili qeyd edib ki, ideyalarla işləyən insanlar üçün yüksək maaş, pul sonuncu yerlərdə durur:

 

"O zaman onlar üçün əsas motivasiya nədir?

 

- Qarşılarında böyük hədəfin və ətrafında bu hədəfə inananların olması (Marsa uçmaq, dünyada 1-ci olmaq və s...)

 

- Orta yaşayış şərtləri (mənzil, avtomobil, idman zalı, kofe, internet, smartfon...)

 

- Kollektiv arasında sayılması, onlara hörmətlə yanaşılması.

 

- Daim yeni bir şey öyrənməsi və bunun üçün şəraitin olması.

 

İnsan resurslarının insan kapitalına çevrilməsi üçün bu motivasiyaların təmin edilməsi mütləq şərtdir! Əks halda ideya sahibləri olan, beyinlə işləyən insanların axınını dayandırmaq mümkün olmaz".

Tarix: 14 Aprel 2021, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin