BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavanşir Məmmədov: “Evdə oturduqca səs paslanır”

 

 

Əməkdar artist Cavanşir Məmmədov restoranların menyusuna salınan müğənnilərdən bəhs edib.

 

Pravda.az xəbər verir ki, "Birə-bir" proqramına qonaq olan ifaçı buna normal yanaşdığını açıqlayıb:

 

"Mənim üçün fərqi yoxdur konsertdə əvvəldə, axırda oxuyum. Əsas yaxşı sənət göstərməkdir. Atam 32 il filarmoniyada çalışıb, dünyanı sənətkarlarla gəzib. Fərq qoymuram ki, filan restoran məni menyuya salıb. Min manat verir, niyə getməyim? Oturub gözləyə bilmərəm ki, bu ay kimsə gəlib məni 3 toya aparacaq. Evdə oturduqca səs paslanır. Gedib toyda, şou-proqramda canlı oxumalıyam. Gedirsən oxuyursan, məsuliyyətli olursan, tər tökürsən. Musiqiçilərdə məsuliyyətli olur".

 

C.Məmmədov biznesi olması xəbərlərinə "Heç bir su mağazamda yoxdur. Olsa, niyə toya gedirəm? Toy oxumaq asan deyil" cavabını verib.

 

Axsam.az

Tarix: 14 Aprel 2021, 16:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin