BURADA REKLAMINIZ OLA
BİLƏR

Zelenski: “Rusiya bizi qorxutmağa çalışır”

“Rusiya bizi qorxutmağa və təxribata çəkməyə çalışır. İşğal olunmuş ərazilərdən snayperlərlə atəş açılır”.

Pravda.az-ın xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Fransanın “Le Figaro” qəzetinə müsahibəsində deyib.

“Krımda, Donbasda və Ukrayna-Rusiya sərhədinin müxtəlif istiqamətlərində qoşunların artdığını görürük. Onlar bunu “Qərb-2021” təliminə hazırlıqla əlaqələndirirlər. Ancaq hamımız başa düşürük ki, bu, siyasi, hərbi və psixoloji təzyiqdir. Niyə psixoloji? Çünki onlar bizi vururlar və cavab verməyimizi gözləyirlər. Üstəlik, Ukraynanın şərqində hücuma keçməyimizi gözləyirlər. Ancaq biz onlara bu fürsəti verməyəcəyik. Onların ritorikasını, Rusiya Prezidentinin ətrafındakı ritorikanı görürük. Bunu bizim üçün, Avropa üçün və həm də onun öz ölkəsi üçün çox təhlükəli hesab edirəm”, - deyə Ukrayna Prezidenti qeyd edib.

Tarix: 16 Aprel 2021, 13:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin