BURADA REKLAMINIZ OLA
BİLƏR

Diqqət: Aprelin 21-də...

Aprelin 21-də 2020-2021-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start verilir.

 

Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibə mərhələsində iştirak edəcək şəxslərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat göndərilib.

 

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

 

Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla tanış olmağı tövsiyə olunub.

Tarix: 16 Aprel 2021, 18:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin