BURADA REKLAMINIZ OLA
BİLƏR

"BMT Rusiyanın Qarabağdakı minatəmizləmə işlərinə qatılmaq təklifinə cavab verməyib”

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Qarabağın minalardan təmizlənməsində iştirak etmək təklifinə cavab verməyib.

Pravda.az xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Zvezda” telekanalının filmində bildirib.

“Noyabrda bütün bunlar baş verən kimi biz BMT-nin minaəleyhinə mərkəzinə dedik ki, gəlin. Orada eninə və uzununa hər yer minalanıb. Axı oraya insanlar qayıda bilmir. Kimsə gəldi? Hələ ki, yox”, - Şoyqu deyib.


Tarix: 17 Aprel 2021, 07:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin