BURADA REKLAMINIZ OLA
BİLƏR

Xüsusi istedadlı şagirdlərin vaxtından əvvəl I sinfə qəbulu mexanizmi yoxdur - Nazirlik

“Xüsusi istedadı olan şagirdlərin vaxtından əvvəl I sinfə qəbulu yoxdur”.

 

Pravda.az-ın məlumatına görə, bunu 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbulla bağlı keçirilən onlayn tədbirdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib.

 

Onun sözlərinə görə, 6 yaşı bitən həmin uşaqlar da qeyd olunan formada qeydiyyatdan keçib I sinfə qəbul ola bilərlər.

 

E.Kərimov qeyd edib ki, 8 yaşı bitən uşaqlar da I sinfə qəbul ola bilər: “Yaşı 8-dən  yuxarı olan uşaqlar uzun müddət təhsildən kənar qalan şəxslər üçün fərdi tədrisə cəlb edilirlər”.

Tarix: 20 Aprel 2021, 12:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin