BURADA REKLAMINIZ OLA
BİLƏR

Aysel Əlizadə: “Deyir, yalnız bədbəxtlikdən yaz, ölkə pisdir, hamımız yazığıq...”

“Deyir, yalnız bədbəxtlikdən yaz. Ölkə pisdir, dövlət pisdir, xalq pisdir, hamımız yazığıq, bədbəxtik. Neqativdən tök, geri qalma heç kimdən, qaramatı doldur “Facebook”a, qoy intiharın sayı artsın, çarəsiz çoxalsın, hər kəs özünü dalana dirənmiş hiss etsin, bir az da böhrana düşsün ölkə insanı, qoy gücsüzlərin sayı-hesabı olmasın. “Həyatım uğursuzdur”, “ölkəm uğursuzdur”, “xalqım uğursuzdur” düşüncələrində daldalanıb, əli başının arxasında divanda həyatını yelə versinlər adamlar. Dedim bədbəxtlik saçmadığım üçün üzr istəyirəm”.

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə bildirib.

 

“Heç vaxt ölkəmin insanına “sən bədbəxtsən”, “çarəsizsən” mesajı verməmişəm. Problemdən danışanda belə özgüvən ötürmüşəm, coşdurmuşam. “Biz öhdəsindən gələcək gücdəyik” demişəm. Gerçəkdən bu düşüncədəyəm. Yox, kimsə bir işin qulpundan yapışmadan onu söymək, bunu alçaltmaq, uğursuzluğunun acığını başqalarından çıxmaq istəyirsə, bu da onun seçimidir. Xərçəng xəstəsinə hər gün “xəstəsən”, “öləcəksən” desən sağalmaz. Faktlar göstərir ki, xərçəngdən sağalanlar yaşayacaqlarına inananlardır, sağalmaq üçün dəmir rejimə əməl edənlərdir. İradəsiz adamlar uğur qazanmırlar. Ölkədə nə qədər hüquqşünas, siyasətçi, mütəxəssis var. Bütün günü şikayət yazmaq yerinə millətə bilgi versələr, daha faydalı olar. Dəhşət budur ki, hüquqşünas da zarıyır. Heç olmasa arada hüquqi məlumat paylaşmır ki, vətəndaş kimi bir şey öyrənək. Hüquqlarını bilməyən adamları aldatmağa nə var. Kömək et, aldanmasın ölkə insanı. Başımıza pis nə gəlibsə,  cahilliyimizdən gəlib” – A.Əlizadə qeyd edib.

Tarix: 20 Aprel 2021, 19:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin