BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslərə güzəşt ediləcək - Nazirlər Kabinetindən yeni qərar

Daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı övladlığa götürən şəxslərdən biri (özlərinin istəyi ilə) əmək haqqından tutulan vergi hesablanarkən güzəşt hüququna sahib olacaq.

 

Pravda.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda etdiyi dəyişiklikdə əksini tapıb.

 

Bu güzəşt hüququ övladlığagötürmə barədə məhkəmə qərarının surəti əsasında müəyyənləşdiriləcək.

Tarix: 20 Aprel 2021, 21:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin