BURADA REKLAMINIZ OLA
BİLƏR

"Sevən oğlanın yaşı nə qədər çox olsa da, təmiz duyğu bəsləyirsə..." - Aynişan

Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni, blogger Aynişan Quliyeva sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.

 

Pravda.az Aynişan Quliyeva ilə kiçik müsahibəni təqdim edir.

 

- Gələcəkdə övladınıza məsləhətiniz nə olacaq?

 

- Ya üzməyi bacaraqsan, ya da batacaqsan.

 

- Həyatınızdan film çəkilsə adı nə qoyardınız?

 

- Həyatım hələ davam etdiyi üçün filmə ad seçməkdə çətinlik çəkirəm.

 

- İngilis dili dərslərinizə davam edirsiniz?

 

- Vaxtım olmadığı üçün ara vermişəm. Amma gün ərzində ingilis dilində kitablar oxuyub, filmlər izləyirəm.

 

- Müğənni kimi yenidən səhnəyə düşünürsünüz?

 

- Sadəcə dəstək olun, qalanı mənlikdir.

 

- Bir insanın sevmədiyini necə anlaya bilərsiniz?

 

- Onu anlamaq çətin deyil. Gözlərinə baxanda hər şey bəlli olur. Sevən oğlanın yaşı nə qədər çox olsa da, təmiz duyğu bəsləyirsə, sizi görəndə utanmağa, həyəcanlamağa başlayacaq. Gözlərinizə çox baxa bilməyəcək.

 

- Avtomobil sürməkdən qorxursunuz?

 

- İlk zamanlar avtomobil sürərkən həyəcanlı idim. Amma qorxu hissindən məhrum olduğun üçün qorxmadım.

Tarix: 21 Aprel 2021, 00:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin