BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda qaraciyər köçürülməsi neçəyədir?

 

 

 

Azərbaycanda qaraciyər köçürülməsi əməliyyatı 40-45 min, böyrək köçürülməsi isə təxminən 12 min manat civarındadır. Bu qiymətə həm xəstənin, həm də donorun əməliyyatı, dərmanlarla təmin edilməsi və s. məsələlər daxildir.

 

Pravda.az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında həkim Mircəlal Kazımi deyib. O bildirib ki, orqan transplantasiya əməliyyatlarının qiymətləri ilə bağlı məsələ müzakirə olunur:

 

"Düşünürəm ki, müəyyə zaman içərisində orqan köçürülmə əməliyyatı icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil olacaq. Bu baş verərsə, həm donor hovuzu, həm də xəstələrin əməliyyat olma şansını artacaq”.

 

Tarix: 21 Aprel 2021, 17:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin