BURADA REKLAMINIZ OLA
BİLƏR

İqtisadiyyat Nazirliyi “Gilan-Knauf inşaat materialları” mağazaları ilə bağlı tədbir gördü

 

 

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə aprelin 20-də keçirdiyi monitorinqlər zamanı Sumqayıt şəhərində “Forte fashion”, “Tahiroğlu mebel”, “Gilan-Knauf inşaat materialları” mağazalarında, “Bərəkət market”də, “Mini market”də, “Natiq gözəllik salonu”nda, ümumilikdə, 18 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

 

Nazirlikdən verilən məlumata görə, nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Tarix: 21 Aprel 2021, 18:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin