BURADA REKLAMINIZ OLA
BİLƏR

Rafael Dadaşovun efirlərə çıxmayan qızı Leyli - VİDEO

Xalq artisti Brilliant Dadaşova mərhum Rafael Dadaşovun ikinci qızı Leylinin görüntülərini paylaşıb.

Pravda.az xəbər verir ki, müğənninin sosial şəbəkə hesabında yayımladığı videoda Leyli mahnı oxuyur.

B.Dadaşova "Dadaşovalar: Leyli və Nigar. Leyli həm bacım qızıdır, həm də əmim oğlu Rafaelin qızıdır. İkitərəfli istedad var. Bu videonu paylaşıram ki, bəzi Xalq artistləri baxıb, canlı oxumaq öyrənsinlər. Leylini yalvara-yalvara oxutdururuq" deyə, videoda yazıb.

Qeyd edək ki, Leyli B.Dadaşovanın bacısı Sədaqətin qızıdır. Rafael Dadaşov və Sədaqətin digər qızı Səidə isə tanınmış müğənnidir.

Axşam.az

Tarix: 22 Aprel 2021, 01:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin