BURADA REKLAMINIZ OLA
BİLƏR

Mühacir biznesi qalmaqalında Arif Hacılı ilə birgə Vasif Talıbovun da adı hallanır

Mühacir biznesi qalmaqalında Müsavat Partiyasının başqanı Arif Hacılı ilə birgə Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbovun da adı hallanır.

 

Pravda.az-ın xəbərinə görə, jurnalist Yafəs Əkrəmoğlu yazıb ki, Almaniyada baş verәn son hadisәlәrdәn sonra Azәrbaycanda әn çox maddi ziyan görәn Arif Hacılı vә Vasif Talıbovdur.

 

“Birincinin mühacir bazarı öldü, bu mәlum. Vasif Talıbovun isә ziyanı daha böyük olacaq. Hәbs olunan müsavatçı Mehdi Xәlilbәyli onun sahibi olduği "Sirab" şirkәtinin Almaniyadakı qeyri-rәsmi filialının rәhbәridi. Cinayәt işindә keçәn mәlumata görә, filiala aid Almaniyada qeydiyyatda olan 194 әdәd ağır tonajlı TIR-lar Vasif Talıbovun oğluna aiddir. Bu tırların әn azı yarısı hәr gün yollarda, iş başında olub, pul qazanıb. Onların aqibәtinin necә olacağı mәlumdu yәqin. "İt də getdi, ip dә getdi" mәsәli... Almaniyanın Köln vә digәr şәhәrlәrindә olan hazırda kirayәyә verilәn 3 mәnzil dә cinayәt işindә keçir. Hәr mәnzil hazırda aylıq 800-100 avro qazanc gәtirir. Onların da aqibәti necә olacaq, bilinmir. Birilәri buna görә dә çox narahatdır. Vasif Talıbova aidiyyәti yoxdu amma”.

Tarix: 16 Noyabr 2019, 16:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin