BURADA REKLAMINIZ OLA
BİLƏR

"İnsan alverindən gələn gəlir dünyada 150 milyard dolları ötüb" - Elman Nəsirov

“İnsan alveri böyük və genişmiqyaslı təhlükədir. Dünyada ən çox gəlir gətirən sahələrdən biri də bu təhlükəli cinayətdir. Bunu yalnız silah satışı ilə müqayisə etmək olar”. 

 

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, insan alverindən gələn gəlir dünyada 150 milyard dolları ötüb: “Burada 1-ci yeri cinsi istismar tutur. Yalnız 6 %-i dilənçilik, məcburi nikahdı”.

 

Deputat qeyd edib ki, bu gün insan alveri ilə məşğul olan subyektlər sosial şəbəkələrin imkanlarından geninə-boluna istifadə edirlər: “Sosial şəbəkədə bu təhlükəli cinayət növü ilə mübarizəyə xüsusi diqqət yetirilməlidir”.

Tarix: 23 Aprel 2021, 20:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin