BURADA REKLAMINIZ OLA
BİLƏR

Müğənni: “Sosial şəbəkələrdə pul yığıb həmin adamları xaricə müalicəyə göndəririk”

 

“Çox qəribə insanlarıq. Azərbaycan torpağında yetişən ən yaxşı meyvə və tərəvəzi Rusiyaya satırıq. Özümüz isə köhnələn, ordan-burdan gələn tərkibində gmo, dərman, zir-zibil, sabun olan tərəvəz və meyvələri alıb yeyirik”.

 

Pravda.az-ın xəbərinə görə, bunu müğənni Nura Suri deyib.

 

“Olmaz ki, öz məhsulumuzu elə özümüz yeyək, xaricdən də dadsız meyvə tərəvəz almayaq? Kimə baxırsan ya xərçəngdi, ya da başqa xəstəlikdən əziyyət çəkir. Sonra da sosial şəbəkələrdə pul yığıb həmin adamları xaricə müalicəyə göndəririk. Nə deyim Vallah...”

Tarix: 23 Aprel 2021, 21:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin