BURADA REKLAMINIZ OLA
BİLƏR

Babəkin heykəlinin hazırlanması dayandırıldı

Babəkin heykəlinin hazırlanması dayandırılıb.

 

Bu barədə Azərbaycan Rəssamlar İttifaqının İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov bildirib.

 

O, heykəlin hazırlanma prosesinin bir hissəsinin həyata keçirildiyini deyib: “Heykəlin təxminən 40 faizi demək olar ki, tökülüb, hazırdır. Lakin pandemiya və maliyyə ayrılmaması səbəbindən işlər dayanıb. Yəqin ki, yaxın vaxtlarda yenidən maliyyə vəsaiti ayrılar, heykəlin hazırlanması yekunlaşar.”

 

Qeyd edək ki, Prezident İlham Əliyev 2011-ci ildə Bakıda görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Heykəlin müəllifi Xalq rəssamı Arif Qazıyevdir. Abidə Babəkin adını daşıyan prospektdə ucaldılacaq.

 

APA

Tarix: 28 Aprel 2021, 15:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin