BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qaçqınkom”un bina tikməsi xəbəri etirazla qarşılandı - “Nədən məcburi köçkünləri yenə Bakıda yerləşdirirsiniz?!”

Ekspert Natiq Cəfərli Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakıda daha üç bina tikəcəyi ilə bağlı xəbərə sərt reaksiya verib.

 

 

Pravda.az-ın xəbərinə görə, N.Cəfərli bildirib ki, bu, vəsaitin göyə sovrulmasıdır.

 

“Pulunuz belə çoxdursa, işğaldan azad edilən torpaqlarda niyə binalar tikmirsiniz? İgid əsgərlərimiz, ordumuz düşməni qovdu ki, bizim məcburi köçkünlər öz doğma torpaqlarına qayıtsınlar, nədən onları yenə Bakıda yerləşdirirsiniz?! "Kapitel" MMC kimindir?! Arxasında kimlər var?! Əgər bu qərar keçən il plana salınmışdısa vəziyyət dəyişib axı, qərar nədən ləğv edilməyib?! Söhbət əvvəl tikilən evlər üçün infrastrukturun qurulmasından getsəydi, bunu anlamaq olardı, bu qərar 3 yeni binanın tikintisi haqqındadır. Belə yanaşma ayrılan vəsaitin göyə sovrulması, məntiqin növbəti dəfə qətl edilməsidir” – ekspert qeyd edib.

Tarix: 28 Aprel 2021, 22:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin