BURADA REKLAMINIZ OLA
BİLƏR

Xırdalan sakinlərinin nəzərinə

"Qaz İxrac" İdarəsi diametri 530 mm olan “Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərinin 47-ci kilometrliyində təmir işləri aparmağı planlaşdırır.

 

Pravda.az xəbər verir ki, magistral kəmərin Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun kəsişməsində yeni çəkilmiş 144 metr uzunluğunda olan hissəsi qaz nəqli sisteminə birləşdiriləcək.

 

Təmir zamanı bu gün səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Abşeron rayonu, Xırdalan şəhəri, Atyalı yaşayış massivi, Hökməli, Qobu, Daş-Güzdək, Aşağı Güzdək kəndləri, Müşviqabad qəsəbəsi və qəsəbədəki Qaçqınlar Şəhərciyi, Çiçək yaşayış massivi, 28 May qəsəbəsi, Çaylı-Qobustan yaşayış massivi, Pirəkəşkül, Ceyranbatan və Saray qəsəbələrində qaz təchizatında müvəqqəti məhdudiyyətin yaranacağı gözlənilir.

Tarix: 29 Aprel 2021, 07:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin