BURADA REKLAMINIZ OLA
BİLƏR

“Səhər yuxulu-yuxulu oyadırlar, cavab verirəm ki...” - Röya

 

Xalq artisti Röya Ayxan ARB-də yayımlanan "Səhər-səhər" verilişində qonaq olub.

 

Pravda.az xəbər verir ki, Röya Ayxan növbəti etirafı ilə diqqət çəkib: "Hətta öz baxıcıma belə əsəbləşəndə gecə bilet alıb, Türkiyəyə gedirəm. Deyirəm, məndən ötrü evdə darıxsınlar. Ya da səhər yuxulu-yuxulu oyadırlar, cavab verirəm ki, getmirəm. Deyirlər ki, bilet getdi... Hər şeyə reaksiya verirəm. Nə qədər desəm də ki, təmkinli olmalıyam...".

 

Röya Ayxan bir çox problemləri dostlarına görə yaşadığını da bildirib: "Bu günə qədər bütün problemləri dostlarıma görə yaşamışam. Heç kim fikir verməyib. Mənfilərim üzdə olub. Ona görə mən bu sənətə yeni gələn insanların yanında olmaq istəyərəm ki, onu qoruyum. O ulduz olanda deməsinlər ki, filan hərəkəti etmişdin".

Tarix: 30 Aprel 2021, 00:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin