BURADA REKLAMINIZ OLA
BİLƏR

Səmayə Məmmədova Azad Rəhimovdan yazdı: “Sizsiz mənə çox çətin olacaq...”

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova nazir Azad Rəhimovdan yazıb.

 

Pravda.az S.Məmmədovanın yazısını təqdim edir:

 

“Bir neçə dəqiqə bundan öncə mənəvi atamı, dostumu, böyük qardaşımı, ürək sirdaşımı, nazirimi itirdim. Bir müddət bundan öncə onunla danışanda: "Azad müəllim, nə olar, tez gəlin. Sizinlə bölüşməyə, danışmağa, məsləhətlərinizi almağa elə ehtiyacım var". yazmışdım. Cavabı: "Gözlə. Gələcəm" olmuşdu. Azad müəllim, axı Siz hər zaman sözünüzə sadiq olmusunuz. Bəs bu dəfə niyə belə etdiniz?    Niyə gözümü yolda qoydunuz? Sizsiz mənə çox çətin olacaq Azad müəllim. Qoyduğunuz boşluğun ağrısı hər zaman içimi  göynədəcək, ürəyimi  yandıracaq. Sizin yoxluğunuzla həyatımda ilk dəfə doğma itkisinin acısını yaşadım. Allah mənə 14 il Sizinlə çiyin-çiyinə çalışmağı, Sizdən öyrənməyi, Sizin məktəbi keçməyi mükafat olaraq nəsib etdi. Hər şey üçün çox sağ olun! Zəhmətinizi halal edin! Məkanınız cənnət olsun mərd, sözü , əməli bütöv, mərhəmətli MÖHTƏŞƏM İNSAN!”

Tarix: 30 Aprel 2021, 23:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin