BURADA REKLAMINIZ OLA
BİLƏR

Fəzail Ağamalının seçicilərlə görüşü davam edir

Deputatlığa namizəd Fəzail Ağamalı yanvarın 18-də Neftçala rayonunun Qaraşaqlı kəndində seçicilərlə görüş keçirib.

 

Pravda.az-ın xəbərinə görə, görüş öncəsi 1995-ci il mart ayında dövlət çevrilişinə cəhddə böyük igidlik göstərmiş Milli Qəhrəman şəhid Xanoğlan Məmmədovun anası ziyarət olunub, şəhidin büstü önünə çiçək dəstələri qoyulub.

 

Görüşdə Fəzail Ağamalı ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar, apardığı uğurlu xarici siyasət və son 4 ildə deputat kimi fəaliyyəti haqqında seçiciləri məlumatlandırıb.

 

Seçicilər ölkə prezidentinin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirərək, bir sıra problemlərdən bəhs ediblər.

 

Görüş iştirakçıları Fəzail Ağamalının fəaliyyətini yüksək qiymətləndirib və qarşıdan gələn Milli Məclisə seçkilərdə ona səs verəcəklərini diqqətə çatdırıblar.

 

Sonda F.Ağamalı yüksək dəstəyə görə seçicilərə təşəkkürlərini bildirib.

 

Fəzail Ağamalının təbliğat-təşviqat kampaniyası davam edir.

Fotoları təqdim edirik
Tarix: 18 Yanvar 2020, 18:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin