BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Quliyevdən xəbər var

Koronavirusa yoluxduqdan sonra vəziyyəti ağırlaşan Xalq artisti Arif Quliyevin səhhətində heç bir irəliləyiş yoxdur.

 

Pravda.az xəbər verir ki, bu barədə publika.az-a Xalq artistinin oğlu Rövşən Quliyev məlumat verib.

 

Sənətçinin oğlu bildirib ki, aktyorun vəziyyəti ağır olaraq qalır: “Reanimasiya şöbəsindədir, səhhəti ağır olaraq qalır. Ümid Allahadır, gözləyirik”.

 

Qeyd edək ki, A.Quliyevin müalicəsi Yeni Klinikanın reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 %-nin zədələndiyini bildirirlər.

 

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Tarix: 1 May 2021, 15:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin