BURADA REKLAMINIZ OLA
BİLƏR

Nəsib Məhəməliyevin seçicilərlə görüşləri davam edir

109 saylı Balakən Seçki Dairəsindən deputatlığa namizəd Nəsib Məhəməliyev seçicilərlə növbəti görüşünü keçirib.

 

Pravda.az xəbər verir ki, görüş Balakən şəhərinin Qabaqçöl qəsəbəsində məscidin ətrafında baş tutub.

 

Görüşdə bildirilib ki, 109 saylı Balakən seçki dairəsinin ən real namizədlərindən olan N.Məhəməliyev sadəcə seçicilərinin deyil, ümumilikdə Azərbaycan xalqının dərdinə şərik olub, hər zaman yardım əlini uzadıb.

 

Sonra N.Məhəməliyev Xalatala kəndində seçiciləri ilə görüşüb.

 

N.Məhəməliyevin seçiciləri arasında aparılan sorğulara əsasən məlum olub ki, N.Məhəməliyev seçicilərinə qarşı  çox həssas davranır. Seçicilər bildiriblər ki, N.Məhəməliyev demək olar ki, günün 24 saatı seçiciləri ilə maraqlanan tək millət vəkili olub.

 

Xatırladaq ki, N.Məhəməliyev Balakən şəhərində doğulub, orta təhsilini orada alıb, orada böyüyüb, boya-başa çatıb. Hər bir seçicisini özünə doğma hesab edən N.Məhəməliyev 6 ilə yaxın Balakən şəhərində icra başçısı vəzifəsini də icra edib.

 

Doğulub-böyüdüyü şəhərə çox bağlı olan namizəd hər bir seçicisini problemi, ismi ilə tanıyır.

Fotoları təqdim edirik
Tarix: 18 Yanvar 2020, 18:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin