BURADA REKLAMINIZ OLA
BİLƏR

Trampın Rusiya üzrə məsləhətçilərindən biri işdən çıxarıldı

ABŞ prezidenti Donald Trampın Rusiya üzrə məsləhətçilərindən biri Endryi Pik vəzifəsindən kənarlaşdırılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə məlumatlı mənbələrə istinadən “Axios” nəşri bildirib.

 

Bildirilir ki, bu, ona qarşı aparılan müvəqqəti araşdırma ilə əlaqədardır. Araşdırma təhlükəsizliklə bağlıdır. Başqa təfərrüatlar açıqlanmır.

 

Endryi Pik gələn həftə Trampla Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumuna getməli idi. Ağ Ev və Pik buna şərh verməkdən imtina edib.Report

Tarix: 19 Yanvar 2020, 09:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin