BURADA REKLAMINIZ OLA
BİLƏR

Hadi Rəcəbli seçicilərinə müraciət etdi – “Səsiniz səsimizdir!”

Deputatlığa namizəd Hadi Rəcəbli seçicilərinə müraciət edib.

 

Pravda.az həmin müraciəti təqdim edir:

 

“Mən Lənkəranın Veravul kəndində doğulmuşam, anam müəllimə, atam qulluqçu olub, zəhmətlə ucalmışam. 50 ildir ki, peşəkar siyasətdəyəm, siyasi elmlər doktoru, professoram, Dövlət İdarəçilik Akademiyasının buraxılış imtahan komissiyasının sədriyəm.

 

Peşəkar siyasətdəki fəaliyyətimin 30 ilə yaxını parlamentlə bağlı olub. Sosial problemlərlə məşğul olmuşam, xalqın rifahının yaxşılaşdırılması üçün daim seçicilərimin və Yeni Azərbaycan Partiyasının, prezidentimin yanında olmuşam. Yüzlərlə sosial yönümlü, xalqın rifahına xidmət edən qanun layihələrini hazırlayıb ortaya çıxarmışam.

 

Təkcə ötən il ölkə üzrə minimum əmək haqqı iki dəfə artmış , müavinətlər, digər yardımlar xeyli çoxalmışdır. Fəal sosial müdafiənin özünüməşğulluq sistemi geniş vüsət almış, adamlarımızın rifahında ciddi, müsbət dəyişikliklər olmuşdur.

 

Nə edəsən ki, iqtidar-müxalifət mübarizələrində bu bütün siyasətçilər kimi mən də bəzi yalan, böhtan, təhrif və buna oxşar ədalətsizliklərlə də rastlaşmışam. Odur ki,bunlara aydınlıq gətirmək üçün sizdən Hadi Rəcəbli adlı sosial şəbəkə hesabımdan həqiqətləri izləməyə dəvət edirəm.

 

Mənə müraciət edən seçicilərimin qayğıları ilə  daim yaxından məşğul olmuşam, parlamentdə ən çox ərizə, müraciət və şikayətlərə baxan deputat kimi tanınmışam.

 

Fəaliyyətimdə prioritet bildiyim bəzi məsələləri Sizinlə bölüşmək istərdim

 

- Yeni iş yerlərinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı

 

- Minimum əmək haqqı və pensiyaların mütəmadi artırılması

 

- Ünvanlı yardım və uşaqlara verilən müavinətlərin strukturunun təkmilləşdirilməsi

 

- Bölgələrdə infrastrukturun , səhiyyə və tədris ocaqlarının modernləşdirilməsi

 

- Vətəndaş-məmur kontaktının minimuma endirilməsi, elektron və innovativ münasibətlər sisteminin geniş vüsət alması

 

- Seçicilərimizin ərizə, şikayət və müraciətlərinə baxılmasının operativləşdirilməsi və müvafiq qanunlar daxilində icrasının sürətləndirilməsi.

 

- Qanun yaradıcılığı prosesində vətəndaş məmnunluğunun artırılması.

 

Əziz seçicilərim

 

Bu mənim gələcək fəaliyyətimlə bağlı səsləndirdiyim çox az fikirlərdir. Bu seçkilərdə namizədliyimi irəli sürdüyü üçün Yeni Azərbaycan Partiyasının sədri möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına bir daha minnətdarlığımı və təşəkkürümü bildirirəm. Yeni Azərbaycan Partiyasının nizamnaməsində nəzərdə tutulan dövlətçilik, azərbaycançılıq, vətənə, xalqa xidmət, milli-mənəvi dəyərlərə bağlılıq bundan sonrakı fəaliyyətimin də özəyini təşkil edəcəkdir.

 

İnanıram ki, partiyamızın üzvləri,dövlətçiliyimizə sədaqətlə xidmət edən insanlar, seçicilərim mənə səs verəcək və mən yenidən ali qanunverici orqanda onları ləyaqətlə təmsil edəcəyəm.

 

Qabaqcadan minnətdarlığımı bildirirəm

 

Səsiniz səsimizdir!”

Tarix: 19 Yanvar 2020, 13:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin