BURADA REKLAMINIZ OLA
BİLƏR

"Sumqayıt" uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun son oyunu keçirilib.

 

Pravda.az-ın məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" "Sabah"ı qəbul edib. Baş hakim Kamal Umudlunun idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.

 

Hesabı 40-cı dəqiqədə Mario Marina açıb. 69-cu dəqiqədə Tiemoko Fofana "Sabah"ın ikinci qolunu vurub. 85-ci dəqiqədə isə Cəmaləddin Xocaniyazov qırmızı vərəqə alaraq, "Sumqayıt"ı azlıqda qoyub.

 

Beləliklə, "Sabah" xallarını 25-ə yüksəldərək, 5-ci pilləyə qalxıb. "Sumqayıt" isə 33 xalla ötən turla müqayisədə 4-cü yerə enib.

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "Keşlə"ni 3:0, "Səbail" evdə "Qəbələ"ni 1:0 hesabı ilə yenib. "Qarabağ" - "Zirə" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

Tarix: 4 May 2021, 23:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin