BURADA REKLAMINIZ OLA
BİLƏR

"190 min şəxsin əlillik müddəti avtomatik uzadılıb"

"Qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılıb. Bu qərar 190 min şəxsi əhatə edib. Bunun da 20-25 mini məhz geridönməz hallarla (əzaların amputasiyası, sağalması mümkün olmayan ağır xəstəliklər və s.) bağlı olan müraciətlərdir".

Pravda.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov deyib.

O qeyd edib ki, vətəndaş vaxtında sənədində olan müddətə baxsa, gələcəkdə heç bir problemlə üzləşməz.

C.Əbdul-Qədirov bildirib ki, bu il quruma hərbi səbəblərlə əlaqəli pensiyanın təyin olunması üçün 9 000 min müraciətin daxil olacağı gözlənilir: "Çünki əllilik dərəcəsinin bitmə müddəti bu il başa çatır. Son üç ildə 7000-dən yuxarı ləğv edilən əlillik təyinatından 266-sı barədə iş prokurorluğa göndərilib. 300-dən yuxarı şikayət isə məhkəməyə göndərilib".

Tarix: 5 May 2021, 15:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin