BURADA REKLAMINIZ OLA
BİLƏR

Tural Əliyevə vəzifə verildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 5-də Tural Əliyevin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin direktoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram

Tural Akim oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin direktoru təyin edilsin".

Qeyd edək ki, Tural Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində Ümumi şöbənin müdiri vəzifəsində çalışıb.

Tarix: 5 May 2021, 15:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin