BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlığa namizədin şəkilləri oğurlandı

78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd olan Bəxtiyar Fətullayevin şəkilləri oğurlanıb.


Pravda.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə B.Fətullayev özü məlumat yayıb.


"Lerikdə şəkil oğruları peyda olub. Qanuni şəkildə yapışdırdığımız şəkillərı gecə hansısa kabus (lar) oğurlayır. Deyəsən, namizədliyim kimlərisə narahat edir..." - namizəd qeyd edib.

Hazırda həmin seçki dairəsinin deputatı İqbal Məmmədovdur. O, növbəti dəfə də namizədliyini irəli sürüb.

Tarix: 19 Yanvar 2020, 20:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin