BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Düşüncə həyatımız anbaan çürüməyə başlayır”

"Space" televiziyasına yeni rəhbər təyin olunub: Ülviyyə Mikayılova. Tanışlığım yox, çıxışlarını izləməmişəm, söhbət etməmişəm, dünyagörüşü ilə bağlı bilgim yox. Ancaq özkeçmişi ilə mediadan tanış oldum və belə bir təsəvvürüm yarandı ki, təcrübəli pedoqoq, ziyalı, ictimai işlərdə aktiv və yaxşı təhsil almış bir Azərbaycan xanımıdır. Elə bunlarla tanış olmuşdum ki, gözümə ard-arda sosial şəbəkədə adam haqqında qaralamalar sataşmağa başladı. Bu xanım hələ işə başlamamış bizim milli kütləkratiya qılıncını əlinə alıb ağlına, ağzına gələni döşəməyə başlayıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 

“Düşündüm ki, bu xanımı uzaqbaşı bir televiziyaya təyin ediblər, həm də Təhsil Nazirliyinin İctimai Şurasının üzvü, ADA-nın müəllimi, QHT rəhbəri kimi təcrübə üzərindən də yanaşılanda elə də narahatedici bir məqamı da görmədim.  İşdir əgər televiziyanın verilişlərini bəyənməyəcəksən, kanalı çevirəcəksən, bu icbari tibbi sığorta deyil, bu sosial müavinət deyil, bank sektoru deyil ki, birbaşa vətəndaşın gündəlik həyatına toxunacaq hansısa narahatçılıq doğursun. Üstəlik də xaricdə yeni seçilən prezidentə belə 100 gün işləməyə vaxt verirlər və bu vaxtın tamamında tənqidlərə başlayırlar. Bizim milli kütləkratiya isə elə birinci gündən adamı qaralayıb təhqirləri yönəltməyə başlayır. Bu da bizim məmləkətdə sağlam mühakimənin olmamasından qaynaqlanna bir durumdur. Çünki bu məmləkətdə 750-dən yuxarı müqəddəs məkan sayılan pir var və cəmi bir neçə sayda dünya standartlarına yaxınlaşan universitet var.  Nəzir yığımı bilgi yığımından qat-qat çox olan cəmiyyətlədə, məmləkətlərdə bu cür mühakimə tərzi hakim olur. Beləcə fikir həyatımız, düşüncə həyatımız anbaan çürüməyə başlayır. Nəzirçilərin nəzəri altında ziyalısı da, alimi də hansısa fikri, düşüncəni müzakirəyə çıxarmaqdan qorxur. Haqlı olaraq düşünürlər ki, adamı tanımaza-bilməzə linç edənlər, fikri, düşüncəni səsləndirən kimi boğmazlarmı? Sevdiyim müdrik fikirdir: "Hara üzəcəyini bilməyən gəmiyə rüzgar da yardım etməz!" Allah nəzir-niyazınızı qəbul etsin” – F.Mustafa qeyd edib.

Tarix: 5 May 2021, 20:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin