BURADA REKLAMINIZ OLA
BİLƏR

"Soruşanda deyəcəklər ki, vaxt var?" - Sənubər İsgəndərli

"Deyilənə görə, sabah brifing olacag. TƏBİB-də kimin teatrla maraqlanıb maraqlanmadığını, sevib sevmədiyini bilmirəm. Soruşanda deyəcəklər ki, vaxt var? Bizdə onsuz da mədəniyyətə çoxunun vaxtı, marağı yoxdur".


Pravda.az xəbər verir ki, bunu əməkdar artist Sənubər İsgəndərli deyib. Əməkdar artist teatrların hələ də bağlı qalmasına etiraz edib:


"Amma bu sənətə ömrünü verən, onu yaşadan sənətkarlar və onun yolunu gözləyən, sevən tamaşaçılar var. Bir ildir teatrlar baglıdır. Belə davam edərsə, bu, teatr sənətinin məhvi olacaq. Demirəm teatrlar açılan kimi tamaşa oynanılsın, tamaşaçı gəlsin, zatən bu mümkün də deyil. Amma yeni tamaşaların məşqinə başlaya bilərdik ki sabah teatrin pərdələri açılanda tamaşaçılarımızın qarşısına çıxa bilək. Ümid edirəm TƏBİB bunları nəzərə alacaq".

Tarix: 5 May 2021, 23:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin