BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəşid Mahmudov: “Həmin gün bir neçə dostumu itirdim”

“O vaxt bizə sovet xalqı deyirdilər, amma öz xalqına qarşı belə qətliam törədən dövlət olmalı deyildi”

 

Pravda.az-ın xəbərinə görə, bunu ictimai xadim, Tibb Uviversitetinin (ATU) dosenti Rəşid Mahmudov Qanlı Yanvar hadisəsinin otuzuncu ildönümü haqda danışarkən deyib. R.Mahmudov həmin gün bir neçə dostunu itirdiyini bildirib:

 

“20 Yanvar bizim xalqın tarixində faciəvi günlərdən biridir. Ömrü boyu bizim bir nömrəli düşmənimiz ruslar olub. Ruslar gözəl xalq olsalar da, şovinist siyasət aparırlar. 20 Yanvarı törədməklə başımıza bəlalar gətirdilər, nə qədər insanlarımız şəhid oldu, yaralandı. Sovet dövlətinin üzü burda bilindi. O vaxt bizə sovet xalqı deyirdilər, amma öz xalqına qarşı belə qətliam törədən dövlət olmalı deyildi. Ermənilərin əliylə həmişə bizə qarşı faciələr törətdilər. 20 yanvarı heç vaxt o hakimiyyətə bağışlamayacam. Hər şey gözümün qabağında olub. Güllələr pəncərələrimizə dəyirdi. Həmin gün mən də bir neçə dostumu itirdim”.Moderator.az

Tarix: 20 Yanvar 2020, 00:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin