BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbsxanadan çıxdı, yoldaşını və anasını qətlə yetirdi

Türkiyənin İstanbul şəhərində dəhşətli qətl hadisəsi baş verib.

 

“Hürriyet” xəbər verir ki, yerli sakin Tahsin Yüksekova həbsxanadan çıxdıqdan bir müddət sonra çiçəkçiliklə məşğul olan anası Zülfiye Yüksekova və yoldaşı Seyhan Yüksekovanı qətlə yetirib.

 

T.Yüksekova bu cinyaətdə atasını günahlandırır.

 

Cinayətkarın sözlərinə əsasən, bu əmələ onu atası təhrik edib.

 

“Davamlı olaraq anamı və yoldaşımı öldürməyimi tələb edirdi. Mən də atamın dediyini etməyə qərar verdim. Həbsdən şərti azadlığıa buraxıldıqdan sonra atamın mənə verdiyi tapança ilə hər ikisini öldürdüm”, - deyə qatil etiraf edib.

 

Anasını və yoldaşını qətlə yetirdikdən sonra T.Yüksekova polisə təslim olub.

 

“Sonra onların öldüklərini öyrəndim. Çox peşmanam. Anamla problemim yox idi, onu çox sevirdim”, - deyə T.Yüksekova əlavə edib.Oxu.az

Tarix: 20 Yanvar 2020, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin