BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının mərkəzi yollarının birində hərəkət məhdudlaşdırılır

Bakı şəhəri, Yasamal rayonu, keçmiş “Sovetski” kimi tanınan ərazidə yerləşən Mərkəzi Parkın tikinti layihəsinin II mərhələsinin tikintisi və parkətrafı küçələrin bir hissəsinin yenidən qurulması ilə əlaqədar olaraq 10 may tarixindən etibarən Mirzə Ağa Əliyev küçəsinin Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasında olan hissəsində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Pravda.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, məhdudlaşma təmir-bərpa işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Tarix: 6 May 2021, 17:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin