BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “ABŞ-da hakimiyyətin qollarına “üç ayaq” deyərdilər”

“Hər şey heç vaxt düzəlməyəcək. İslahatların davamı olmalıdır. Dayanmaq olmaz”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli AzPolitika.info-ya müsahibəsində deyib.

 

Deputatın sözlərinə görə, bu islahatlar o zaman effektiv olar ki, hakimiyyətin bütün qollarını əhatə etsin: “Məsələn, məhkəmə-hüquq islahatı. Məhkəmələri icra hakimiyyətinin tabeliyindən tam çıxarmaq lazımdır. Və yaxud mətbuat və mediaya imkan yaratmaq lazımdır ki, reklam bazarı olsun, özlərini sərbəst dolandıra bilsinlər, hansısa təşkilatdan və ya şəxsdən asılı olmasınlar. Bunları inkişaf etdirmək lazımdır. Qanunverici hakimiyyəti də o cümlədən. Bizdə güclü icra hakimiyyəti var, qalan hakimiyyətlər bir qədər zəif görünür. Balanslaşdırılmış siyasət aparılmalı, bu istiqamətlərdə də addımlar atılmalıdır. ABŞ-da “üç ayaq” deyərdilər. Hakimiyyətin üç qolu var və hamısı  bir-birinə nəzarət edirlər. İndi də bu var. Məhkəmə, qanunvericilik və icra bir-birinə nəzarət etməyəndə bəzən sui-istifadə halları yaranır”.

Tarix: 17 Noyabr 2019, 00:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin