BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış jurnalist vəfat etdi

Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva 89 yaşında vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, Elmira Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə “Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.

 

1987-ci ildə "Azərinform"da (indiki "Azərtac") işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.

 

2010-cu ildə təqaüdə çıxsa da, mətbuatla fəal əməkdaşlıq edib.Azertac

 

Allah rəhmət eləsin!

Tarix: 20 Yanvar 2020, 12:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin