BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentin köməkçisi Nobel Sülh Mükafatının Qorbaçovdan alınmasını təklif etdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nobel Sülh Mükafatının SSRİ-nin sabiq Prezidenti Mixail Qorbaçovdan geri alınması üçün Azərbaycandakı ictimai təşkilatlara çağırış edib.

 

Pravda.az-ın xəbərinə görə, H. Hacıyev deyib ki, həmin dövrdə SSRİ-yə rəhbərlik etmiş, 20 Yanvar hadisələrinin törədilməsi ilə bağlı qərar vermiş Mixail Qorbaçova 20 Yanvar faciəsindən bir neçə ay sonra Nobel Sülh Mükafatının verilməsi kifayət qədər ziddiyyətli qərardır.

 

H. Hacıyev bildirib ki, Nobel Sülh Mükafatının verilməsi üzrə komitənin öhdəlikləri sırasında bu qəbildən olan qərarların nəzərdən keçirilməsi kimi məsələlər də var: “Amma onu da nəzərə almaq lazımdır ki, sülh sahəsində Nobel mükafatını təqdim edən komitə ictimai əsaslarla çalışır, dövlətlər tərəfindən daxil olan müraciətləri qəbul etmir. Ona görə də ictimai müstəvidə fəal işin aparılmasına ehtiyac var. Düşünürük ki, beynəlxalq ictimaiyyət və ölkənin ictimai təşkilatları səviyyəsində bu istiqamətdə addımların atılması və sülh sahəsində Nobel mükafatını təqdim edən komitəyə müraciətlərin göndərilməsi çox vacibdir”.

 

Qeyd edək ki, sülh sahəsində Nobel mükafatı Norveç parlamentinin (Stortinq) seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən təqdim olunur.

Tarix: 20 Yanvar 2020, 13:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin