BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Fövqəladə Hallar Nazirliyi mayın 9-dan16-dəkbayram və istirahət günlərində (qeyri-iş günlərində) gücləndirilmiş iş rejimində çalışacaq.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Məlumata görə, bununla bağlı Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, qarşıdan gələn qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Tarix: 8 May 2021, 11:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin